...

COVID-19 xəstəliyi bütün sinir sisteminə təhlükə törədir

Dünya xəbərləri Materials 13 İyun 2020 00:30 (UTC +04:00)
COVID-19 xəstəliyi bütün sinir sisteminə təhlükə törədir

Bakı. Trend:

COVID-19 xəstəliyi bütün sinir sisteminə təhlükə törədir.

Trend-in məlumatına görə, bu qənaətə bir qrup amerikalı mütəxəssis gəlib.

ABŞ-ın Şimal-Qərb Universitetinin xəstəxanasında müalicə olunan koronavirus xəstələrinin retrospektiv analiziləri göstərib ki, xəstələrin təxminən 50 faizində COVID-19-un nevroloji fəsadları müşahidə edilib. Bu fəsadlar sırasında baş ağrısı və gicəllənməsi, sayıqlığın azalması, diqqət toplamaqda çətinliklər, dad və qoxu bilmənin itməsi, qıcolmalar, insult və əzələ ağrıları kimi simptomlar yer alıb.

Mütəxəssislər hesab edir ki, bu xəstəlik bütün sinir sisteminə, o cümlədən, beyin, onurğa beyni və sinirlərə təhlükə törədə bilər.

Bundan başqa, virus beynin və beyin qabığının birbaşa infeksiyasına yol aça bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti