Bakı. Trend:
Ermənistanda koronavirusa yoluxanların sayı 17 489 nəfərə çatıb.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 425 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 8 nəfərin ölümü qeydə alınıb.
Bu günədək Ermənistanda 293 nəfər koronavirusdan ölüb, 10 625 nəfərin müalicəsi isə davam edir.
Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyulun 13-dək uzadılıb.