...

Türkiyə nümayəndəsi BMT-nin Baş Assambleyasının 75-ci sessiyasının sədri seçildi

Dünya xəbərləri Materials 18 İyun 2020 01:43 (UTC +04:00)

Bakı. Trend:

Türk diplomatı Volkan Bozkır BMT-nin Baş Assambleyasının 75-ci yubiley sessiyasının sədri seçilib.

Trend-in məlumatına görə, səsvermə iyunun 17-də keçirilib.

Türkiyə təmsilçisinin namizədliyi 178 ölkənin nümayəndəsi tərəfindən dəstəklənib, 11 bitərəf qalan olub və üç bülleten etibarsız elan edildi.

V.Bozkır daha əvvəl Türkiyə Böyük Millət Məclisinin (bir palatalı parlament) beynəlxalq məsələlər üzrə komissiyasının sədri vəzifəsində çalışıb.

Baş Assambleyanın Sədri beş regional qrup arasında rotasiya əsasında seçilir. V.Bozkır sessiyanın əvvəlində - 16 sentyabr 2020-ci ildə vəzifəsinin icrasına başlayacaq və bir il müddətində ona davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti