Bakı. Trend:
Rusiyanın Udmurtiya Respublikasının səhiyyə naziri Georgi Şerbak koronavirusa yoluxub.
Trend-in məlumatına görə, nazirin xəstəliyi simptomsuz keçir. Hazırda o, özünütəcrid rejimində müalicə olunur.
Daha əvvəl Udmurtiyanın rəhbəri Aleksandr Breçalov da virusa yoluxmuşdu.
Bundan başqa, Rusiya Dövlət Dumasının 30-dan çox deputatında, prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskovda, mədəniyyə naziri Olqa Lyubimovada və digər şəxslərdə koronavirus aşkar edilmişdi.
Qeyd edək ki, bu günədək Rusiyada 569 mindən çox, 7 841 nəfər ölüb.