...

Fransada etirazçılar Səhiyyə Nazirliyinin binasını qırmızı rəngə boyayıb (FOTO/VİDEO)

Dünya xəbərləri Materials 20 İyun 2020 16:10 (UTC +04:00)

Bakı. Trend:

Parisdə bir qrup etirazçı Fransa Səhiyyə Nazirliyinin binasını qırmızı rəngə boyayıb.

Trend-in məlumatına görə, aksiya iştirakçıları qırmızı rəngin koronavirus infeksiyasından ölənlərin qanını simvolizə etdiyini deyiblər.

Etirazçılar Fransa hökumətini pandemiya ilə lazımı şəkildə mübarizə apara bilməməkdə ittiham edib.

Qeyd edək ki, son bir neçə gün ərzində Fransada iş şəraitinin yaxşılaşdırılmaıs tələbi ilə tibb işçilərinin etiraz aksiyaları davam edir.

Bu günədək Fransada 196 mindən çox şəxs koronavirusa yoluxub, 30 minə yaxın xəstə həyatını itirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti