...

Rusiyada son sutkada koronavirusdan 153 nəfər ölüb

Dünya xəbərləri Materials 23 İyun 2020 12:12 (UTC +04:00)

Bakı. Trend:

Rusiyada koronavirusa yoluxma göstəriciləri artmaqdadır.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 7 425 nəfər virusa yoluxub, 153 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 599 705 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 8 359 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 356 429 nəfər virusdan sağalıb, 234 917 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti