...

İsveç əcnəbi vətəndaşların ölkəyə daxil olma qadağasını uzadıb

Dünya xəbərləri Materials 25 İyun 2020 20:12 (UTC +04:00)
İsveç əcnəbi vətəndaşların ölkəyə daxil olma qadağasını uzadıb

Bakı. Trend:

İsveç hökuməti əcnəbi vətəndaşların ölkəyə daxil olma qadağasını iyulun 7-dək uzadıb.

Trend-in məlumatına görə, qadağa Avropa İttifaqı ölkələri, Böyük Britaniya, Norveç, İslandiya, Lixtenşteyn və İsveçrə vətəndaşlarına şamil olunmur.

İsveç koronavirus pandemiyası ilə əlaqədar ölkəyə daxil olmaq qadağasını martın 19-da bir ay müddətinə tətbiq etmişdi. Daha sonra qadağa mayın 15-i və iyunun 30-dək uzadılmışdı.

Qeyd edək ki, bu günədək İsveçdə 62 mindən çox şəxs koronavirusa yoluxub, 5 209 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti