...

Dünya Bankı Ukranaya 350 milyon dollar kredit ayırır

Dünya xəbərləri Materials 27 İyun 2020 17:40 (UTC +04:00)
Dünya Bankı Ukranaya 350 milyon dollar kredit ayırır

Bakı. Trend:

Dünya Bankı Ukranaya 350 milyon dollar kredit ayıracaq.

Trend-in məlumatına görə, vəsait ölkənin iqtisadi bərpasının dəstəklənməsinə yönəldiləcək.

Bankdan bildiriblər ki, həmin məbləğ ölkədə torpaq və kredit bazarlarının möhkəmləndirilməsinə, antikorrupsiya təşkilatlarının dəstəklənməsinə, eləcə də əhalinin, xüsusilə də yaşlı insanların COVID-19 pandemiyası fonunda sosial müdafiəsi sisteminin gücləndirilməsinə sərf olunacaq.

Xatırladaq ki, bu ayın əvvəlində Ukrayna Avropa Komissiyasından iqtisadi dəstək məqsədilə 500 milyon avro məbləğində kredit almışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti