...

İsraildə karantin rejimi gücləndirilir

Dünya xəbərləri Materials 6 İyul 2020 20:49 (UTC +04:00)
İsraildə karantin rejimi gücləndirilir

Bakı. Trend:

İsrail hökuməti ölkədə idman zalları, bar, klub və mərasim zallarının yenidən bağlanması barədə qərar verib.

Trend-in məlumatına görə, qərar ölkədə koronavirusa yoluxma hallarının kəskin artması ilə əlaqədar qəbul edilib.

Bununla belə, hökumət çimərlikləri açıq saxlamaq, amma sanitar normalara əməl olunmasına nəzarəti gücləndirmək qərarı alıb.

Qeyd edək ki, ötən gün İsraildə 204 yeni yoluxma qeydə alınıb. Bu günədək ölkədə yoluxanların sayı 30 mini keçib, 332 nəfər vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti