Bakı. Trend:
Ermənistanda koronavirusa yoluxanların sayı 35 693 nəfərə çatıb.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 439 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 16 nəfərin ölümü qeydə alınıb.
Bu günədək Ermənistanda 678 nəfər koronavirusdan ölüb.