...

Ermənistanda koronavirusa yoluxma sayı yenidən artır

Dünya xəbərləri Materials 13 Avqust 2020 11:04 (UTC +04:00)
Ermənistanda koronavirusa yoluxma sayı yenidən artır

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxanların sayı 41 023 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 229 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, daha 3 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 809 nəfər koronavirusdan ölüb, 6 079 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, Ermənistanda pandemiya ilə əlaqədar fövqəladə vəziyyət sentyabrın 11-dək uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti