...

Peruda ölkə prezidentinin impiçment prosesi başlayıb

Dünya xəbərləri Materials 12 Sentyabr 2020 09:27 (UTC +04:00)
Peruda ölkə prezidentinin impiçment prosesi başlayıb

Bakı. Trend:

Peru parlamenti ölkə prezidenti Martin Viskarranın impiçment prosesinə start verib.

Trendi-in məlumatına görə, Konqresin son iclasında keçirilmiş səsvermədə deputatlardan 65-i qərarın lehinə, 35-i isə əleyhinə səsə verib.

Qeyd olunub ki, bununla əlaqədar olaraq parlamentin sentyabrın 18-də keçiriləcək iclasında M.Viskarra sualları cavablandırmaq üün iştirak edəcək. Peru prezidenti korrupsiyada ittiham olunur.

Qeyd edək ki, Perunun əvvəlki prezidenti Pedro Pablo Kuçinski də impiçment qərarından sonra, 2018-ci ildə istefa vermişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti