...

Türkiyədə koronavirusdan sağalanların sayı 279 min nəfəri ötüb

Dünya xəbərləri Materials 1 Oktyabr 2020 00:02 (UTC +04:00)
Türkiyədə koronavirusdan sağalanların sayı 279 min nəfəri ötüb

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha 65 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 8 195 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 391 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 318 663 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 245 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 279 749 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti