...

ABŞ-ın xüsusi nümayəndəsi İsrail, Səudiyyə Ərəbistanı və BƏƏ-yə səfər edəcək

Dünya xəbərləri Materials 8 Noyabr 2020 06:18 (UTC +04:00)
ABŞ-ın xüsusi nümayəndəsi İsrail, Səudiyyə Ərəbistanı və BƏƏ-yə səfər edəcək

Bakı. Trend:

ABŞ-ın Venesuela və İran üzrə xüsusi nümayəndəsi Elliot Abrams Yaxın Şərqə səfər edəcək.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentindən bildiriblər.

Məlumata əsasən, E.Abrams 7-12 noyabr tarixlərində İsrail, Səufiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək.

Bildirilir ki, səfər çərçivəsində ABŞ-ın xüsusi nümayəndəsi İran üzrə məsləhətləşmələr aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti