Bakı. Trend:
Avropa İttifaqı və Böyük Britaniya "Brexit"dən sonra gələcək münasibətlər barədə razılığa gəlib.
Trend-in məlumatına görə, bu barədə mətbuat konfrasında Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib.
O bildirib ki, razılaşmanın "uğrunda mübarizə aparmağa dəyərdi" və sazişin balıqçılıq sahəsində ədalətli rəqabət və proqnozlaşdırıla bilən təminat da daxil olmaqla Aİ-nin maraqlarına cavab verəcəyinə əminliyini qeyd edib.
Dauninq-stritin yaydığı bəyanatda bildirilib ki, Böyük Britaniya "Brexit"dən sonra Aİ ilə gələcək əlaqələrə dair razılaşmanın bir hissəsi olaraq sərhəd, ticarət, məhkəmə sistemi və balıqçılıq suları üzərində nəzarəti bərpa etdi.
Sənəddə London və Brüsselin “sıfır rüsum və sıfır kvotaya əsaslanan ilk ticarət müqaviləsini imzaladıqları” vurğulanıb.