...

Efiopiyada ağır yol qəzası nəticəsində 16 nəfər ölüb

Dünya xəbərləri Materials 3 Fevral 2021 04:49 (UTC +04:00)
Efiopiyada ağır yol qəzası nəticəsində 16 nəfər ölüb

Bakı. Trend:

Efiopiyanın Oromiya ştatında yük maşınının aşması nəticəsində 16 nəfər həlak olub.

Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə Qərbi Arsi rayon polisinin rəsmi nümayəndəsi Məhəmməd Tekesa bildirib.

Onun sözlərinə görə, yük maşını idarəetməni itirərək yol kənarına çıxıb və aşıb. Qəza nəticəsində 16 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti