...

ABŞ Senatı impiçment prosesi çərçivəsində Trampa bəraət qazandırıb (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 14 Fevral 2021 01:00 (UTC +04:00)
ABŞ Senatı impiçment prosesi çərçivəsində Trampa bəraət qazandırıb (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

ABŞ Konqresinin Senatında sabiq Prezident Donald Trampın impiçmenti üzrə yekun səsvermə başa çatıb.

Trend-in məlumatına görə, Senat impiçment prosesi çərçivəsində D.Trampa bəraət qazandırıb.

İmpiçmentin baş tutması üçün azı 67 senator impiçmentin lehinə səs verməlidir, lakin 57 senator impiçmentin lehinə, 43 senator isə əleyhinə səs verib.

Beləliklə, demokratların D.Trampa ikinci dəfə impiçment elan etmə cəhdi uğursuz olub.

XXX

00:43

ABŞ Konqresinin Senatında sabiq Prezident Donald Trampın impiçmenti üzrə yekun səsvermə başlayıb.

Bu barədə Trend "TASS"a istinadən xəbər verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti