...

Etirazçılar Baydenin çıxışını yarıda kəsdi (VİDEO)

Dünya xəbərləri Materials 30 Aprel 2021 15:21 (UTC +04:00)
Etirazçılar Baydenin çıxışını yarıda kəsdi (VİDEO)

Bakı. Orxan Nəbiyev - Trend:

ABŞ prezidenti Co Bayden Corciya ştatında etirazla qarşılanıb.

Trend-in məlumatına görə, prezident vəzifədə 100-cü gün münasibətilə çıxışı zamanı bir qrup şəxs müxtəlif şüarlar səsləndirib.

Qeyd olunur ki, etirazçılar özəl penitensiar müəssisələrin bağlanmasını, immiqrasiya polisinin ləğv olunmasını tələb edib.

Çıxışını yarımçıq saxlamalı olan C.Bayden bu problemlər üzərində işlərin aparıldığını bildirib və etirazçılardan 5 gün vaxt istəyib.

ABŞ prezidenti çıxışını davam etdirməyə çalışsa da şüarların səsləndirilməsi dayanmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti