...

Rusiyada təyyarə qəzaya uğrayıb, ölən və yaralanan var

Dünya xəbərləri Materials 24 İyul 2021 06:27 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın Xabarovsk diyarında yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, hadisə yerinə xilasedicilərdən ibarət operativ qrup göndərilib.

Məlumata əsasən, Kalinka kəndi yaxınlığında baş verən qəza nəticəsində 1 nəfər həlak olub, 1 nəfər isə xəsarət alıb.

Bildirilir ki, xəsarət alan şəxs xəstəxanaya çatdırılıb, onun vəziyyəti barədə məlumat yoxdur.

Qəzanın səbəbi bildirilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti