...

Kaliforniyada meşə yanğınları zamanı 8 nəfər itkin düşüb

Dünya xəbərləri Materials 8 Avqust 2021 05:49 (UTC +04:00)
Kaliforniyada meşə yanğınları zamanı 8 nəfər itkin düşüb

Bakı. Trend:

ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları zamanı 8 nəfər itkin düşüb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Plumas dairəsinin şerifi ofisinin bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Biz 8 nəfərin itkin düşməsi barədə məlumat almışıq".

Məlumata əsasən, itkin düşənlərdən 5-i "Diksi" adı alan meşə yanğını nəticəsində tamamilə məhv olan Qrinvill şəhərinin sakinləridir. Hazırda "Diksi" yanğını 180 min hektar ərazini əhatə edir.

Qyed edək ki, "Diksi"dən əlavə Kaliforniyada daha 10 meşə yanğını qeydə alınıb. Yerli hakimiyyət orqanlarının məlumatına əsasən, yanğınlarla mübarizədə təxminən 8,5 min yanğınsöndürən mübarizə aparır. Yanğının təsiri altında olan ərazilərdən 16 mindən artıq sakin təxliyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti