...

Kaliforniyada meşə yanğını nəticəsində 950-dən çox bina məhv olub və ya zədələnib

Dünya xəbərləri Materials 11 Avqust 2021 05:53 (UTC +04:00)
Kaliforniyada meşə yanğını nəticəsində 950-dən çox bina məhv olub və ya zədələnib

Bakı. Trend:

ABŞ-ın Kaliforniya ştatında tüğyan edən "Diksi" meşə yanğını nəticəsində iyulun ortalarından bəri 954 yikili məhv olub və ya zədələnib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ştatın yanğınsöndürmə idarəsindən bildiriblər.

Məlumata əsasən, yanğın 893 binanı tamamilə məhv edib, 61 binaya isə yanğın nəticəsində zərər dəyib.

Qeyd edək ki, "Diksi" yanğını son 4 həftə ərzində 197 min hektar meşə ərazisini əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti