...

Avrokomissiya Aİ ölkələrini səyahət məhdudiyyətlərinin tətbiqinə hazır olmağa çağırıb

Dünya xəbərləri Materials 1 Dekabr 2021 17:19 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Avropa İttifaqı (Aİ) ölkələri koronavirusun "omikron" ştammı ilə bağlı səyahət məhdudiyyətlərinin tətbiqinə hazır olmalıdır.

Trend-in məlumatına görə, bu barədə Avropa Komissiyasının bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, Aİ üzv ölkələri regiona girişlərin məhdudlaşdırılması üzrə birgə strategiyanı davam etdirməlidir.

Eyni zamanda, ölkələr mümkün səyahət məhdudiyyətlərinin tətbiqinə hazır olmalıdır.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun Afrikanın cənubunda aşkar edilmiş В.1.1.529 ştammını "narahatlıq doğuran variant" hesab edib. Bir sıra ölkələr Afrikanın cənubundan uçuşları dayandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti