...

Çin "Tyanven-1" orbital modulu ilə çəkilən Marsın şəkillərini yayımlayıb (FOTO)

Dünya xəbərləri Materials 2 Yanvar 2022 00:24 (UTC +04:00)
Çin "Tyanven-1" orbital modulu ilə çəkilən Marsın şəkillərini yayımlayıb (FOTO)

Bakı. Trend:

Çin Xalq Respublikasının Dövlət Kosmik İdarəsi “Tyanven-1” kosmik zondunun orbital modulu tərəfindən çəkilən Marsın bir sıra şəkillərini yayımlayıb.

Trend-in məlumatına görə, modul Yerdən 3,5 milyon km məsafədə olmaqla Mars orbitində 526 gün işləyir. Fotonun ötürülməsi təxminən 19,5 dəqiqə çəkib.

Qeyd edək ki, zond 23 iyul 2020-ci ildə Vençan kosmodromundan (Haynan əyaləti, Cənubi Çin) CZ-5 ("Çançjen-5") ağır raket-daşıyıcısı ilə buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti