...

Ukrayna tərəfi Donbass üzrə təmas qrupunun növbədənkənar iclasının baş tutmadığını bildirib

Dünya xəbərləri Materials 18 Fevral 2022 23:45 (UTC +04:00)
Ukrayna tərəfi Donbass üzrə təmas qrupunun növbədənkənar iclasının baş tutmadığını bildirib

Bakı. Trend:

Donbasda münaqişənin nizamlanması üzrə təmas qrupunun cümə gününə planlaşdırılan fövqəladə iclası baş tutmayıb.

Trend-in məlumatına görə, bu barədə təmas qrupundakı Ukrayna nümayəndə heyətindən bildiriblər.

"Ukraynanın Üçtərəfli Təmas Qrupundakı nümayəndə heyəti bildirir ki, ATƏT-in ÜTQ-dəki koordinatorunun təşəbbüsü ilə 18 fevral 2022-ci il tarixində saat 18:00-da çağırılan ÜSQ-nin növbədənkənar iclası təəssüf ki, baş tutmamışdır", - deyə açıqlamada deyilir.

Bildirilir ki, iclas Rusiya tərəfinin imtina etməsi səbəbindən baş tutmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti