...

Ukrayna nüvə silahı əldə etməyə çalışmır - XİN rəhbəri

Dünya xəbərləri Materials 24 Fevral 2022 05:28 (UTC +04:00)
Ukrayna nüvə silahı əldə etməyə çalışmır - XİN rəhbəri

Bakı. Trend:

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ölkəsinin Budapeşt Memorandumu ilə bağlı planlarını izah edib. Xüsusilə, o, Ukraynanın yenidən nüvə silahı əldə etmək planının olmadığına əmin edib.

Trend-in məlumatına görə, bu barədə D.Kuleba BMT Baş Assambleyasında çıxışı zamanı deyib.

"Ukrayna qlobal təhlükəsizliyə tarixi töhfə verib. 1994-cü ildə biz nüvə silahından imtina etdik. Dünyanın üçüncü ən böyük nüvə arsenalından. Biz bir daha nüvə silahı əldə etməyəcəyik. Bu gün dünyanın bizim təhlükəsizliyimizi təmin etməsini gözləyirik", - deyə XİN rəhbəri bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti