...

Zelenski Ukraynanın Avropa İttifaqına üzvlük məsələsini həll etməyə çağırıb

Dünya xəbərləri Materials 26 Fevral 2022 12:46 (UTC +04:00)
Zelenski Ukraynanın Avropa İttifaqına üzvlük məsələsini həll etməyə çağırıb

Bakı. Trend:

Ukrayna prezidenti Volodimir Zelenskinin Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişellə telefon danışığı olub.

Trend-in məlumatına görə, bu barədə o, öz "Twitter" səhifəsində yazıb.

Ukrayna prezidenti Aİ Şurası rəhbərliyini Ukraynanın Aİ-ə üzvlük məsələsini həll etməyə çağırıb.

"Ukraynanın Aİ-ə üzvlüyü məsələsi ilə bağlı uzunillik müzakirələri bağlamağın və bu məsələni həll etməyin vaxtı çatıb", - Ukrayna prezidenti yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti