...

Aİ Peskova və bir sıra rusiyalı iş adamına qarşı sanksiyalar tətbiq edib

Dünya xəbərləri Materials 1 Mart 2022 00:25 (UTC +04:00)
Aİ Peskova və bir sıra rusiyalı iş adamına qarşı sanksiyalar tətbiq edib

Bakı. Trend:

Bir sıra rusiyalı iş adamları Avropa İttifaqının “qara siyahısı”na daxil edilib, bundan əlavə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskova qarşı da sanksiyalar tətbiq edilib.

Trend-in məlumatına görə, 26 rusiyalının daxil edildiyi "qara siyahıya" həmçinin "Rosneft" və "Transneft"in rəhbərləri İqor Seçin və Nikolay Tokarev də daxil edilib.

Aktivlərin dondurulması və Aİ-yə giriş qadağası həmçinin Mixail Fridman (Alfa Group, VEON və X5-də səhmlər) və onun ortağı Petr Aven, Alişer Usmanov (Metalloinvest, Megafon), Aleksey Mordaşov (Severstal, Lenta, TUI turoperatorunda pay), Gennadi Timçenko (NOVATEK və SIBUR-da paylar), Aleksandr Ponomarenko (Şeremetyevo hava limanının ortaq sahibi).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti