...

Pxenyan vəziyyətin gərginləşəcəyi təqdirdə Seula qarşı nüvə silahından istifadəyə hazır olduğunu açıqlayıb.

Dünya xəbərləri Materials 5 Aprel 2022 06:01 (UTC +04:00)
Pxenyan vəziyyətin gərginləşəcəyi təqdirdə Seula qarşı nüvə silahından istifadəyə hazır olduğunu açıqlayıb.

Bakı. Trend:

Koreya Xalq Demokratik Respublikası (KXDR) Cənubi Koreyanı əsas rəqib hesab etmir, ona hücum etmək fikrində deyil, lakin vəziyyətin gərginləşəcəyi təqdirdə Seula qarşı nüvə silahından istifadə etməyə hazırdır.

Trend Koreya Mərkəzi Xəbər Agentliyinə istinadla xəbər verir ki, bunu KXDR liderinin bacısı Kim Yo-jonq bildirib.

Onun sözlərinə görə, ölkəsinə qarşı təxribat törədilməsə, heç vaxt birinci zərbə vurmayacaq. KXDR cənuba doğru bir güllə belə atmayacaq.

"Biz Cənubi Koreyanı özümüzə əsas rəqib hesab etmirik. Əgər onlar hərbi qarşıdurmanı seçərsə, nüvə qüvvələrimiz öz vəzifələrini yerinə yetirməyə məcbur olacaq", - Kim Yo-jonqbildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti