...

Ukraynanı tərk edənlərin sayı 4,5 milyonu ötüb - BMT

Dünya xəbərləri Materials 10 Aprel 2022 18:19 (UTC +04:00)
Ukraynanı tərk edənlərin sayı 4,5 milyonu ötüb - BMT

Bakı. Trend:

Ukraynanı tərk edən qaçqınların sayı aprelin 9-na olan məlumata görə, 4,5 milyon nəfəri keçib.

Trend "Ukrinform"a istinadla xəbər verir ki, bu barədə məlumatı Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) yayıb.

Qeyd olunur ki, ölkəni 4 503 954 insan tərk edib.

Onları böyük əksəriyyəti - 2,6 milyon nəfər Polşaya keçib. Rumıniyaya 686 mindən çox, Macarıstana 419 min, Moldovaya təxminən 411 min, Rusiyaya 404 min, Slovakiyaya 314 min və Belarusiyaya 19 min nəfər gedib.

BMT QAK öz hesabatında yazır ki, Ukraynanın 7,1 milyondan çox vətəndaşı məcburi köçkün sayılır, yəni onlar ölkədə qalıb, lakin evlərini tərk etməyə məcbur olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti