...

Putin rubl və digər milli valyutalarda hesablaşmalara keçidi sürətləndirməyə çağırıb

Dünya xəbərləri Materials 18 Aprel 2022 17:33 (UTC +04:00)
Putin rubl və digər milli valyutalarda hesablaşmalara keçidi sürətləndirməyə çağırıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Moskva etirbarlı tərəfdaş olan ölkələrlə rubl və digər milli valyutalarda hesablaşmalara keçidi sürətləndirməlidir.

Trend-in məlumatına görə, bunu ölkə prezidenti Vladimir Putin iqtisadi məsələlərə həsr olunmuş iclas zamanı deyib.

O qeyd edib ki, "dost olmayan ölkələrin" Rusiyaya qarşı tətbiq etdiyi məhdudiyyətlər yerli biznesin imkanlarına təsir edib, ixrac və idxal tədarükü logistikasını çətinləşdirib, hesablaşmaların aparılması üçün maneələr yaradıb.

"Sahibkarlarımıza bu problemlərin həllində maksimum kömək göstərmək, o cümlədən, rubl və etibarlı tərəfdaş ölkələrin milli valyutalarında ticarət hesablaşmalarına keçidi sürətləndirmək lazımdır", - V.Putin deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti