...

Ukraynanı tərk edənlərin sayı 5,5 milyona yaxınlaşıb - BMT

Dünya xəbərləri Materials 30 Aprel 2022 23:42 (UTC +04:00)
Ukraynanı tərk edənlərin sayı 5,5 milyona yaxınlaşıb - BMT

Bakı. Trend:

Ukraynadan qaçqın düşən insanların sayı 5,5 milyon nəfərə yaxınlaşır.

Trend xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarının İdarəsindən bildirilib.

Məlumata əsasən, aprelin 29-u üçün Ukraynanı 5 468 629 nəfər tərk edib.

Ölkəni tərk edənlərdən 3 milyondan çoxu Polşaya, 817 mindən çoxu Rumıniyaya, 656 mindən çoxu Rusiyaya, 520 minə yaxını Macarıstana, 443 mindən çoxu Moldovaya, 372 minə yaxını Slovakiyaya və 25 mindən çoxu Belarusa keçib.

Eyni zamanda, fevralın 28-dən bəri 1 milyon 289 min 500 ukraynalı xaricdən vətənə qayıdıb.

Qeyd edilir ki, Ukraynanın daha 7,7 milyon vətəndaşı ölkə daxilində məcburi köçkün hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti