Bakı. Trend:
Kubanın Havana şəhərinin "Saratoqa" otelində partlayış baş verən yerdə daha iki nəfərin cəsədi tapılıb.
Trend-in məlumatına görə, bu barədə "Prensa Latina" agentliyi xəbər verib.
Beləliklə, ölənlərin ümumi sayı 37-yə çatıb. Son məlumatlara görə, 5-i azyaşlı olmaqla, 24 yaralı xəstəxanalardadır.
Axtarış-xilasetmə əməliyyatı davam edir.