...

Rusiyada illik inflyasiya aprel ayında 17,8 faizədək sürətlənib

Dünya xəbərləri Materials 19 May 2022 01:18 (UTC +04:00)
Rusiyada illik inflyasiya aprel ayında 17,8 faizədək sürətlənib

Bakı. Trend:

Rusiyada illik inflyasiya aprel ayında 1,14 faiz artaraq 17,8 faizə qədər artıb, aylıq qiymət artımı 1,5 faiz təşkil edib.

Trend xəbər verir ki, bu barədə Rusiya Bankının (Mərkəzi Bank - red.) açıqlamasında deyilir.

"Apreldə illik inflyasiya 1,14 faiz bəndi artaraq 17,8 faizə çatıb. Rublun möhkəmlənməsi və tələbatın azalmasının təsirləri ilə ay ərzində həftəlik qiymət artımı zəifləyib və ümumilikdə aprel ayında istehlak qiymətləri 1,5 faiz artıb", - deyə açıqlamada bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti