...

Bolqarıstanda iki nazir istefa verib

Dünya xəbərləri Materials 13 İyun 2022 16:49 (UTC +04:00)
Bolqarıstanda iki nazir istefa verib
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bolqarıstanın xarici işlər naziri Teodora Gençovskaya və energetika naziri Aleksandr Nikolov istefa verib.

Trend-in məlumatına görə, bu barədə müvafiq nazirliklərin mətbuat xidmətləri bildirib.

Qeyd olunur ki, nazirlər "Belə xalq var" partiyasının koalisiya hökumətinin tərkibindən çıxması barədə qərar verdikdən sonra istefaya yollanıb.

Daha əvvəl gənclər və idman naziri Radostin Vasilev və baş nazirin müavini, regional inkişaf naziri Qrozdan Karacov istefa verib.

Qeyd edək ki, iyunun 8-də "Belə xalq var" partiyasının sədri Slavi Trifonov partiyanın koalisiyadan çıxdığını və hökumətdəki nazirlərini geri çağırdığını elan etmişdi.

Yaxın zamanlarda Bolqarıstanda yeni hökumət formalaşdırılmaycağı təqdirdə növbədənkənar parlament seçkiləri keçirilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti