Bakı. Trend:
Böyük Britaniyanın xarici işlər naziri Liz Trass Birləşmiş Krallığın Avropa İttifaqından çıxması ilə bağlı razılaşmanın bir hissəsi olan Şimali İrlandiya ilə bağlı protokola birtərəfli qaydada düzəlişlər edən qanun layihəsini təqdim edib.
Trend-in məlumatına görə, bu barədə nazir britaniyalı deputatlara videomüraciətində deyib
"Bunun vasitəsi ilə Şimali İrlandiyada insanların Böyük Britaniyanın qalan hissəsindən fərqli rəftar edildiyi qəbuledilməz vəziyyətə son qoyacaq. Qanun layihəsi məhkəmələrimizin üstünlüyünü və ərazi bütövlüyümüzü qoruyacaq”, - deyə L.Trass bildirib.