Bakı. Trend:
Yaponiya sahillərində Rixter cədvəli ilə 6,1 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, zəlzələnin episentri Honsü adası yaxınlığında, yerin 40 kilometr dərinliyində qeydə alınıb.
Hadisə nəticəsində hər hansı bir itki və ya fəsad barədə məlumat verilməyib.
Sunami xəbərdarlığı elan edilməyib.