Bakı. Trend:
ABŞ Estoniyaya ümumi dəyəri təxminən 500 milyon dollar olan 6 ədəd "HIMARS" reaktiv yaylım atəş sistemi (RYAS) göndərməyi planlaşdırır.
Trend xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, Estoniya hökuməti 6 ədədə qədər "HIMARS" və onlar üçün ən azı 162 döyüş sursatının satışını istəyib. Bildirilir ki, sursatların bir hissəsi idarə olunan, bir hissəsi isə uzaq mənzilli raketlərdir.
Eyni zamanda Pentaqondan bildirilib ki, bu satış “regionda əsas hərbi balansın dəyişməsinə gətirib çıxarmayacaq”.