...

Yunanıstanda təyyarənin qəzaya uğradığı yerdə səkkiz pilotun hamısının cəsədi tapılıb

Dünya xəbərləri Materials 18 İyul 2022 01:43 (UTC +04:00)
Yunanıstanda təyyarənin qəzaya uğradığı yerdə səkkiz pilotun hamısının cəsədi tapılıb

Bakı. Trend:

Yunanıstanın şimalında qəzaya uğrayan Ukraynaya məxsus "An-12" təyyarəsinin bütün səkkiz ekipaj üzvünün cəsədi təyyarənin qalıqları altından çıxarılaraq Komotini Şəhər Xəstəxanasına göndərilib.

Trend-in məlumatına görə, bu barədə "ERT-1" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, "An-12" təyyarəsinin qəzası yerində ölənlərin tapılması əməliyyatı başa çatıb. Hazırda cəsədlər məhkəmə-tibbi ekspertizasının keçiriləcəyi Komotini xəstəxanasına çatdırılır, daha sonra isə Ukraynanın Yunanıstandakı diplomatik nümayəndələrinə təhvil veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti