...

BMT İstanbuldakı Koordinasiya Mərkəzinin gəmilərin təhlükəsiz keçidini təmin edəcəyini gözləyir

Dünya xəbərləri Materials 27 İyul 2022 21:25 (UTC +04:00)
BMT İstanbuldakı Koordinasiya Mərkəzinin gəmilərin təhlükəsiz keçidini təmin edəcəyini gözləyir

Bakı. Trend:

BMT İstanbulda yaradılan Koordinasiya Mərkəzinin qida və gübrə daşıyan gəmilərin Qara dənizdən təhlükəsiz keçidini təmin edəcəyinə ümid edir.

Trend xəbər verir ki, bunu BMT-nin baş katibinin nümayəndəsinin müavini Fərhan Haq deyib.

“Koordinasiya Mərkəzi taxıl təşəbbüsünün həyata keçirilməsinə töhfə verəcək, onun çərçivəsində Ukraynadan ixrac olunan taxıl və digər qida məhsulları ilə yüklənmiş gəmilərin keçidi üçün humanitar dəniz dəhlizi yaradılır”, - deyə F.Haq bildirib.

O vurğulayıb ki, Koordinasiya Mərkəzinin yaradılması "Ukraynanın Qara dənizdəki üç əsas limanından qida və gübrə daşıyan ticarət gəmilərinin keçidini asanlaşdıracaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti