...

Ankara, Stokholm və Helsinki ilk görüşlərini avqustun 26-da Finlandiyada keçirəcək

Dünya xəbərləri Materials 20 Avqust 2022 05:12 (UTC +04:00)
Ankara, Stokholm və Helsinki ilk görüşlərini avqustun 26-da Finlandiyada keçirəcək

Bakı. Trend:

Madriddə keçirilən NATO Zirvə toplantısında Türkiyə, Finlandiya və İsveç arasında imzalanan üçtərəfli memorandum əsasında qurulan Daimi Birgə Mexanizmin ilk iclası avqustun 26-da Finlandiyada keçiriləcək.

Trend xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsindən bildirilib.

İclasda Türkiyə nümayəndə heyətinə ölkə prezidentinin mətbuat katibi İbrahim Kalın və xarici işlər nazirinin müavini Sedat Önal rəhbərlik edəcək.

Nümayəndə heyətinə Ədliyyə, Müdafiə, Xarici İşlər, Daxili İşlər nazirliklərinin və Milli Kəşfiyyat Təşkilatının nümayəndələrinin daxil olacağı ehtimal edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti