Bakı. Trend:
Qazaxıstanın şimalındakı Kostanay şəhərində silah mağazasında güclü yanğın başlayıb.
Trend-in məlumatına görə, yanğın 2 min kvadrat metr əraziyə yayılıb.
Qeyd olunur ki, yanğınla əlaqədar mağazadakı sursatların partlaması baş verir.
Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilməsə də, mağazanın zirzəmi bölməsində 2 nəfərin qaldığı deyilir. Baş verən partlayışlarla əlaqədar xilasedicilərin yanğın bölgəsinə yaxınlaşması çətinləşib.
Məlumatlara əsasən, yanğın yaxınlıqdakı 8 fərdi evə keçib, iki avtomobilə ziyan dəyib.
Yanğının qarşısının alınması üçün 40 yanğınsöndürən və 12 texnika cəlb edilib.