Bakı. Trend:
Britaniyalıların 56 faizi "Brexit"i yanlış qərar kimi qəbul edir.
Trend-in məlumatına görə, bu barədə bu gün "YouGov" şirkətinin sorğusunda deyilir.
Qeyd olunur ki, rəyi soruşulan britaniyalıların 56 faizi bu addımın səhv qərar olduğunu bildirib. "Brexit"i yalnız 32 faiz respondent dəstəkləyib.
Bununla belə, 2016-cı ildə "Brexit"in lehinə səs vermiş hər beş britaniyalıdan biri öz fikrini dəyişib.
Xatırladaq ki, 2016-cı ilin iyununda keçirilmiş referendum zamanı britaniyalı seçicilərin 52 faizi ölkənin Aİ-dən çıxmasına səs vermişdi.
Refenrendumdan sonra Böyük Britaniya Avropa İttifaqı ilə danışıqlar bir neçə il davam etmiş, yekunda London Aİ-ni 2020-ci il fevralın 1-də tərk etmişdi.