Bakı. Trend:
Türkiyənin qərbində 4,7 bal gücündə zəlzələ baş verib.
Trend Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Düzce şəhərindən 10 kilometr qərbdə, ocağı isə 2 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.