Bakı. Trend:
"Airbus" korporasiyası 2022-ci ildə tədarükçülərlə problemlər səbəbindən cəmi 661 təyyarə istehsal edə bilib.
Trend xəbər verir ki, bu barədə çərşənbə günü şirkətin illik hesabatında bildirilir.
"2022-ci ildə biz 84 müştəriyə 661 təyyarə təhvil verdik ki, bu da həcmin 8 faiz artması deməkdir. Bu, planlaşdırdığımız rəqəmlərdən azdır, lakin əməliyyatlarla bağlı problemləri nəzərə alaraq, yekun nəticələrə görə komandamıza və tərəfdaşlarımıza təşəkkür etmək istəyirəm", - deyə şirkətin icraçı direktoru Qiyom Fori bildirib.
Hazırlanan təyyarələrdən 516 ədədi A320, 60 ədədi A350, 53 ədədi A220 və 32 ədədi A330 olub.