Bakı. Trend:
Kiyevə "AMX-56 Leclerc" əsas döyüş tanklarının tədarükünü istisna edilmir, lakin qərar bir sıra şərtlər əsasında veriləcək.
Trend-in məlumatına görə, bu barədə Fransa prezidenti Emmanuel Makron Almaniya kansleri Olaf Şolz ilə birgə mətbuat konfransı zamanı deyib.
""Leclerc" tanklarına gəlincə, mən müdafiə nazirindən xahiş etdim ki, bu məsələyə baxsın. Heç bir şey istisna edilmir", - deyə E.Makron bildirib.
Lakin o qeyd edib ki, üç meyar var ki, onlar əsasında qərar veriləcək. Birincisi, onun fikrincə, “bu, eskalasiyaya gətirib çıxarmamalıdır”. Bundan əlavə, bu, Ukraynaya "real və effektiv dəstək olmalıdır". Üçüncüsü, Е.Makronun qeyd etdiyi kimi, bu addım “öz müdafiə imkanlarımızı” zəiflətməməlidir.