...

"Starlink" İnternet peyklərinin səkkizinci qrupu orbitə buraxılıb

Dünya xəbərləri Materials 4 Mart 2023 02:37 (UTC +04:00)
"Starlink" İnternet peyklərinin səkkizinci qrupu orbitə buraxılıb

Bakı. Trend:

"Falcon 9" daşıyıcı raketi "Starlink" qlobal İnternet əhatə dairəsi şəbəkəsinin orbital qrupunu artırmaq üçün 51 mini peykdən ibarət daha bir partiyanı uğurla orbitə buraxdı.

Trend-in məlumatına görə, bu barədə "SpaceX" şirkətindən bildirilib.

"51-ci "Starlink" peykinin orbitə buraxılması təsdiqləndi", - deyə bildirilib.

Buraxılış Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələri Bazasında "SLC-4E" buraxılış meydançasından ABŞ Sakit okean sahili vaxti ilə saat 10:38-də baş tutdu.

Raketin buraxılışından təxminən 15 dəqiqə yarım sonra bütün peyklər ikinci mərhələdən ayrılaraq adi orbitə daxil olublar.

Bu, "Starlink" layihəsi çərçivəsində 2019-cu ilin may ayından etibarən 77-ci, bu ilin əvvəlindən isə səkkizinci internet peykinin buraxılışı oldu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti