...

Meksikada ağır yol qəzası baş verib, 26 nəfər ölüb

Dünya xəbərləri Materials 15 May 2023 08:50 (UTC +04:00)

Bakı. Trend:

Meksikanın şərqində mikroavtobusla yük maşınının toqquşması nəticəsində ən azı 26 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə "Milenio" qəzeti xəbər verib.

Məlumata əsasən, qəza nəticəsində mikroavtobus yanıb. Sağ qalanlar barədə məlumat verilməyib.

Tamaulipas Ştat Prokurorluğu hadisə ilə bağlı araşdırmalara başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti