...

ABŞ-ın Montana ştatı "TikTok"u tamamilə qadağan edib

Dünya xəbərləri Materials 18 May 2023 05:02 (UTC +04:00)
ABŞ-ın Montana ştatı "TikTok"u tamamilə qadağan edib

Bakı. Trend:

ABŞ-ın Montana ştatının qubernatoru Qreq Canforte ştatda "TikTok"u qadağan edən qanun layihəsini imzalayıb.

Trend xəbər verir ki, bu barədə Q.Canforte özünün "Twitter" səhifəsində yazıb.

"Montana sakinlərinin şəxsi məlumatlarını Çin Kommunist Partiyasından qorumaq üçün "TikTok"u qadağan etdim", - deyə qubernator bildirib.

Beləliklə, Montana tətbiqi qadağan edən ilk ABŞ ştatı oldu.

Yanvarın 1-də qüvvəyə minəcək qanun "TikTok"un Montana ştatında fəaliyyət göstərməsini, "Apple" şirkətinin "App Store" və "Google" şirkətinin "Play Store" kimi proqram mağazalarının isə onu ştatda yükləmək üçün əlçatan etməsini qadağan edir.

Qanunun pozulması gündə 10 min dollara qədər cərimə ilə nəticələnə bilər. Bununla belə, cəzalar istifadəçilərə şamil edilməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti