...

MHP-nin baş katibi Sinan Oğanın partiyadan çıxarılmasının səbəbini açıqlayıb

Dünya xəbərləri Materials 18 May 2023 11:19 (UTC +04:00)

Bakı. Trend:

MHP-nin baş katibi İsmət Böyükataman ATA İttifaqından prezidentliyə namizədi Sinan Oğanın MHP-dən çıxarılmasının səbəbini açıqlayıb.

TurkicWorld xəbər verir ki, MHP Sinan Oğanı Baxçalıya qarşı liderlik yarışına girdiyi üçün partiyadan xaric etməyib.

“Sinan Oğa 2014-cü ilin iyununda keçiriləcək prezident seçkiləri və 2015-ci il Ümumi Seçkilərdən əvvəl və sonra partiya nizamnaməsinə uyğun olmayan açıqlamalar verib. Buna görə də o, MHP-dən xaric edildi”,- deyə İsmət Böyükataman bildirib.

Qeyd edək ki, Türkiyədə mayın 14-də prezident və parlament seçkiləri keçirilib.

Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.
Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.

Mehriban Xəlilli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti