...

Yunanıstanda parlament seçkiləri keçiriləcək

Dünya xəbərləri Materials 21 May 2023 03:38 (UTC +04:00)
Yunanıstanda parlament seçkiləri keçiriləcək

Bakı. Trend:

Yunanıstanda 36 partiya və koalisiyanın, həmçinin bir müstəqil namizədin iştirakı ilə parlament seçkiləri keçiriləcək.

trend-in məlumatına görə, əsas mübarizə baş nazir Kiriakos Mitsotakisin rəhbərlik etdiyi hakim sağ mərkəzçi Yeni Demokratiya (ND) partiyası ilə əsas müxalifət birliyi - Radikal Sol Qüvvələrin Koalisiyası - keçmiş baş nazir Aleksisin Tsiprasən Proqressiv Alyansı (SYRIZA - PA) arasında gedəcək.

Seçkilər sadə proporsional sistemlə keçiriləcək: hər hansı partiya 10% səs toplasa, 300 yerlik birpalatalı parlamentdə 10% (30 yer) qazanacaq. Üç faizlik baryeri keçən partiyalar oraya daxil ola biləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti